Home Contact Phone
background
  • Ünvan: AZ1200, Beyləqan şəhəri , H.Əliyev küçəsi 25.
  • Faks: (+994) 225 29 17
  • E-mail: mail@beyleqan-ih.gov.az

Xəbərlər

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır.

    2020-09-21

    Azərbaycan XIX əsrin ortalarında ilk dəfə sənaye üsulu ilə neft hasil edilmiş ölkədir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır.

    2020-09-21

    Erməni qəsbkarlarının Azərbaycanın tarixi torpaqlarına iddiası 200 ildən artıq bir dövrü əhatə edir. Bu zaman kəsiyində onlar çoxsaylı qırğınlar törətmış, vandal və barbar siyasətlərilə azərbaycan torpaqlarını işğal etmişlər. Yalnız Sovet İttifaqı rəhbərliyi dövründə Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir.

  • Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye P...

    Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirak etmişdir.

    2020-09-15

    Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib.

  • Beyləqan rayonu Dünyamalılar kəndində yeni m...

    Beyləqan rayonu Dünyamalılar kəndində yeni məktəb binası istifadəyə verildi.

    2020-09-14

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2019-cu il tarixli müvafiq Sərəncamına əsasən Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris binası istifadəyə verilib.Məktəb binasının açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev və Beyləqan Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev iştirak edib.

  • Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ik...

    Türkiyə-Azərbaycan birgə hərbi təlimləri iki dövlət arasındakı birliyin, qardaşlığın növbəti təzahürüdür.

    2020-09-05

    Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir.

  • Beyləqan RİH başçısı növbəti virtual qəbu...

    Beyləqan RİH başçısı növbəti virtual qəbulunu keçirib

    2020-09-02

    02 sentyabr 2020-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşların növbəti onlayn qəbulunu keçirib. Virtual qəbul zamanı Təzəkənd kənd sakini Məmmədov Əyyub Şura oğlu, Əhmədli kənd sakini Babayev Pərviz Həsən oğlu işlə təmin olunması,şəhər sakini Muxtarov Yunis Tofiq oğlu, Qəhrəmanlı qəsəbə sakini Bayramov Rafiq Məmməd oğlu maddi köməklik göstərilməsi, Dünyamalılar kənd sakini İbadov Vəli Yaşar oğlu,İmamverdililər kənd sakini Əliyev Xasay Əliabbas oğlu torpaqla təmin olunma məsələsi, İmanova Aidə Rəşxan qızı oğluna əlillik dərəcəsi alması və s. ilə bağlı müraciətləri dinlənilib. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından üçün müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.

  • Pambıq yığımı mövsümündə yanğın təhlü...

    Pambıq yığımı mövsümündə yanğın təhlükəsizliyi tədbirləri

    2020-08-26

    Pambıq, daha çox əl əməyi tələb edən qiymətli bir bitkidir. Kənd təsərrüfatı zəhmətkeşlərinin gərgin əməyi hesabına əmələ gələn bu qiymətli sərvətin qorunması tarlalarda, pambıqqurutma meydançalarında, tədarük məntəqələrində, pambıq emalı zavodlarında yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasından çox aslıdır.

  • Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ...

    Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirildi.

    2020-08-19

    19 avqust 2020-ci il tarixində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşların növbəti onlayn qəbulunu keçirdi. Qəbul zamanı şəhər sakini Əsədova Nuranə Oqtay qızının mənzilinin təmir olunması barədə, Dünyamalılar kənd sakini Əsgərova Tərgül Həmdulla qızının və Qəhrəmanlı qəsəbə sakini Ələsgərov Əli Ələsgər oğlunun işlə bağlı ,Aşıqalılar kənd sakini Qurbanov İsrail Xurşud oğlunun əkin torpağı barədə , Şəfəq qəsəbə sakinləri Əliyeva Elnarə Adil qızının və Cabbarova Gündüz Dərgah qızının maddi köməkliklə bağlı , Birinci Şahsevən sakini Əliyarova Xoşniyət Adıgözəl qızının işlə təmin olunması ilə bağlı müraciətləri dinlənilib.

  • Beyləqanda COVİD-19 pandemiyası ilə əlaqədar...

    Beyləqanda COVİD-19 pandemiyası ilə əlaqədar reyd keçirildi

    2020-08-18

    Beyləqan rayonu ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər davam etdirilir.

  • Beyləqan Rayon İcra Hakimiyyəti və "PAŞA...

    Beyləqan Rayon İcra Hakimiyyəti və "PAŞA Holding” MMC-nin birgə təşkilatçılığı ilə Beyləqan şəhəri, qəsəbə və kəndlərində 300 ailəyə ərzaq yardımı paylanılıb.

    2020-08-15

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.

  • Rusiyanın və həmişə Azərbaycanın dəstəyin...

    Rusiyanın və həmişə Azərbaycanın dəstəyini hiss edən Serbiyanın Ermənistana dəstəyi Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu.

    2020-08-13

    siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir;

  • Prezident İlham Əliyevin koronavirusla mübariz...

    Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

    2020-08-07

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 avqust 2020-ci ildə respublikamızda koronavirusla mübarizə tədbirləri və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirib. Müşavirədə ölkəmizin pandemiyaya qarşı mübarizənin müsbət nəticələri müzakirə olunub.

  • Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü s...

    Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir

    2020-07-30

    Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar; Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq;

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.

    2020-07-25

    İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə çıxış edib.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzil və avtomobillər təqdim etmişdir

    2020-07-23

    İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.

  • Şanlı Azərbaycan ordusunun qüdrəti.

    Şanlı Azərbaycan ordusunun qüdrəti.

    2020-07-22

    Hər birimizə məlum olduğu kimi İyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində hər zaman olduğu kimi bu dəfə də öz xislətinə uyğun olaraq xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub.

  • Mənim dövlətim ən çətin anlarda belə vətə...

    Mənim dövlətim ən çətin anlarda belə vətəndaşının yanındadır.

    2020-07-22

    Azərbaycan xalqının qonaqpərvərliyindən,xoş və təmiz niyyətindən istifadə edib öz torpağımızda bizlərə zamanla düşmən kəsilən Erməni daşnağının son xainliyindən yazmaq istəyirəm və bu xain niyyətin qarşısını layiqincə alan Azərbaycan ordusunun şanlı İyul qələbəsindən.

  • Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ...

    Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirildi.

    2020-07-22

    22 iyul 2020-ci il tarixində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.

  • Ermənistanın Azərbaycana qarşı davam edən t...

    Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatları

    2020-07-16

    2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etmişlər;

  • Ermənistan heç vaxt açıq döyüşdə qələbə...

    Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib

    2020-07-16

    15.07.2020-ci il tarixdə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclas 2020-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Dövlət başçımız toplantıda bir çox məsələlərə toxunub. Əsas məsələlərdən biri kimi iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən ərazi bütövlüyümüzə qarşı təxribatı olub. Cənab Prezident qeyd edib ki, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, halbuki bu, heç bir məntiqə sığmır.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirilmişdir.

    2020-07-13

    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz \\rəsmi dəstəyini ifadə etmişdir.

  • Ali Baş Komandan İlham ƏLİYEV: "Azərbayc...

    Ali Baş Komandan İlham ƏLİYEV: "Azərbaycan öz prinsipial mövqeyindən bir addım da geri atmayacaq”

    2020-07-13

    İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib; Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib;

  • Azərbaycan-Ermənistan sərhədində atəşkəsin...

    Azərbaycan-Ermənistan sərhədində atəşkəsin Ermənistan tərəfindən pozulması Azərbaycana qarşı təcavüzdür.

    2020-07-13

    Azərbaycan ordusu iyulun 12-si Ermənistanın Tovuz rayonu ilə həmsərhəd Tavuş rayonundan törədilən növbəti təxribata qarşı layiqli cavab vermişdir. Rəsmi Yerevan Ermənistan tərəfinin itkilərini gizlətsə də, Feysbuk səhifələrində Ermənistan vətəndaşlarının yazışmalarından da aydın göründüyü kimi qarşı tərəf canlı qüvvə ilə 30 nəfərdən artıq tələfat verərək geri çəkilmişdir;

  • Atəşkəs rejimi Ermənistan silahlı qüvvələr...

    Atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən pozulmuşdur

    2020-07-13

    2020-ci iyulun 12-də işğalçı Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etmişlər. Azərbaycan Ordu hissələrinin əks-hücumu nəticəsində düşmən geri çəkilmiş, onun o ərazidə yerləşən canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir.

  • Prezident İlham Əliyev yerli telekanallara müsa...

    Prezident İlham Əliyev yerli telekanallara müsahibə verib

    2020-07-09

    İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.