Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Əmək Yarmarkası keçirildi

24 fevral 2020 | 16:00

       Beyləqan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, eləcədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2020-ci il üzrə İş Planına uyğun olaraq 24 fevral 2020–ci il tarixdə Beylaqan rayon Gənclər Mərkəzində  “Əmək Yarmarkası” keçirilmişdir.
     Əmək Yarmarkasına Beyləqan rayon Məşğulluq Mərkəzinə və Xocavənd rayon Məşğulluq Mərkəzinə işəgötürənlər tərəfindən təqdim edilmiş hesabatlara  əsasən  38 müəssisədən 261 boş (vakant) iş yeri çıxarılmışdır. Boş iş yerlərinin 224-ü dövlət müəssisələrinə, 17–si qeyri dövlət müəssisələrinə, 20–si isə fiziki şəxslər tərəfindən təqdim olunmuşdur.
    Yarmarkada 240 nəfərə yaxın işaxtaran və işsiz vətəndaş iştirak etmişdir. İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədinə yönələn  aktiv məşğulluq tədbirlərindən olan Əmək Yarmarkası  işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq şəraitində təşkil edilmişdir. Müraciət edən vətəndaşlara ixtisaslarına, peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun seçdikləri vakant iş yerlərinə göndərişlər verilməsi həyata keçirilmişdir. Əmək Yarmarkasında iştirak edən işaxtaran və işsiz vətəndaşlardan 78 nəfərə  işə düzəlmək üçün müvafiq göndərişlər verilmişdir. Eyni zamanda, peşə hazırlığı və əlavə təhsil kurslarına, haqqı ödənilən ictimai işlərə və özünüməşğulluq proqramına cəlb olunmaq istəyənlərin aidiyyatı üzrə qeydiyyatı aparılmışdır.

Keçidlər