Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi təntənə ilə qeyd olundu.

30 dekabr 2019 | 16:00

     Beyləqan  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni İl  münasibətilə   30 dekabrda rayon İcra hakimiyyətinin qarşısındakı meydanda konsert proqramı keçirilmişdir.

     Keçirilən  tədbirdə  rayon sakinlərinin  iştirakı ilə bayram əhval-ruhiyyəli izdiham yaşanıb.                               Tədbirin aparıcıları qonaqları salamlayaraq, xalqımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü kimi böyük həvəs və coşqu ilə qeyd etdiyini bildirib. Bu bayramın ildən-ilə daha geniş vüsət aldığı və daha geniş şəkildə keçirildiyi qeyd edilərək, Ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə verdiyi önəmdən bəhs edilib. Xüsusi tərtibatla bəzədilmiş  parkda müxtəlif film personajları balacalara maraqlı səhnəciklər təqdim ediblər.  Beyləqan  sakinlərinin  böyük maraqla izlədiyi bayram tədbirində  tanınmış sənətkarlar konsert proqramı ilə çıxış ediblər. Yolka ətrafında şənlik edən məktəblilərin, balaca fidanların sevincinə şaxta baba,qar qız və  nağıl  qəhrəmanlarının   çıxışları   xoş əhval-ruhiyyə qatmışdır.
    “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni İl  münasibətilə  növbəti tədbir rayon Mədəniyyət Mərkəzində keçirildi.Niyazi adına Uşaq Musiqi məktəbinin kollektivinin ifasında rəngarəng mahnılar təqdim olundu.
     Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Keçidlər