Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Beyləqan rayonunda silsilə tədbirlər keçirildi.

18 oktyabr 2019 | 16:00

       Beyləqan rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr Müstəqillik Gününə həsr olunan ” Müstəqilliyimiz əbədidir ” adlı tədbir keçirildi.
      Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
     Tədbirdə çıxış edənlər  tədbir iştirakçılarını “Müstəqillik günü “ münasibətilə təbrik edib 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni – müstəqil inkişaf dövrü başlandığından,bu yolda xalqımızın mübarizə əzmindən və Ulu öndərin xidmətlərindən bəhs etdilər. Vurğulandı ki,hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyi  getdikcə daha da möhkəmlənib. Azərbaycanın bugünkü inkişaf yolu məhz o vaxtlar Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsidir.
      Tədbirin sonunda “Müstəqilliyimiz, dönməzdir, sarsılmazdır və əbədidir” adlı film nümayiş olundu.
    Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibəti ilə növbəti tədbir Beyləqan rayon Mədəniyyət Mərkəzində keçirildi.  Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Nazim Mirzəyev , Rayon Musiqi məktəbinin direktoru Nigar Fətiyeva,  MKS-nin şöbə müdiri Qəmər Abbasova, Mədəniyyət Mərkəzinin direktoru İxtiyar Məhəmmədli çıxışlarında Azərbaycanın Dövlət Müstəqiliiyinin qorunub saxlanılması və onun əbədi və dönməzliyinin bərpa edilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd etdilər.Bildirdilər ki,ulu öndərin  müstəqilliyimizin qorunub saxlanılması istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə Azərbaycanən Dövlət  Müstəqilliyinə  və Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş  “Müstəqilliyi gedən yol” adlı kitab sərgisi təşkil edildi. Kitab sərgisi   tamaşaçıların böyük  marağına səbəb oldu.
    18 oktyabr– Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününə həsr olunmuş voleybol idman növü üzrə rayon birinciliyi keçirildi. 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında keçirilən yarışda Bahar qəsəbə kənd tam orta məktəbinin komandası 1-ci , Aşağı Çəmənli kənd orta məktəbinin komandası 2-ci, Şəhər 3 saylı orta məktəbinin komandası isə 3-cü yerə layiq görülmüşdü.Yekunda  qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər