Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Əmirzeyidli kənd inzibati ərazi dairəsində səyyar qəbul-görüş keçirildi.

01 oktyabr 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 01 oktyabr  2019-cu il tarixdə rayonun Əmirzeyidli kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
      Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
      Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
     Görüşdə Əmirzeyidli kənd sakini, mülkiyyətçi Quliyev Adil İman oğlu kənd qəbirstanlığına gedən yolda körpünün giriş hissəsinə qum-çınqıl materialı tökülərək təmir olunmasını, mülkiyyətçi Nəcəfov Baxşeyiş Qara oğlu Əmirzeyidli bələdiyyəsinin mülkiyyətindən ona torpaq sahəsinin ayrılmasını, İbayeva Səriyyə Yusif qızı və Babakişiyev Zaur Babakişi  oğlu kənd ərazisində müvafiq işlə təmin olunmasına köməklik edilməsini xahiş etdilər.  Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
        Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
      Əmirzeyidli kənd  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər