Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Milli Musiqi gününə həsr olunmuş “Üzeyirin musiqi dünyası” adlı ədəbi-bədii tədbir keçirildi

18 sentyabr 2019 | 16:00

   18 sentyabr 2019-cu il tarixdə Beyləqan rayon Mədəniyyət Mərkəzində rayon Musiqi Məktəbinin “Aranqala” instrumental ansamblının və “Odlar yurdu” uşaq xor kollektivinin iştirakı ilə Milli Musiqi gününə həsr olunmuş “Üzeyirin musiqi dünyası” adlı ədəbi-bədii tədbir keçirildi.
  Tədbir Ulu Öndər Heydər Əliyevin Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafı və onun əvəzedilməz yaradıcılığı barədə cəkilmiş video-çarxın nümayişi ilə başladı.
 Tədbiri giriş sözü ilə Beyləqan rayon İcra hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova açaraq Milli musiqi gününün yaranma tarixi və Üzeyir musiqisinin bənzərsizliyi və ölməzliyi barədə ətraflı məlumat verdi. Məmmədova çıxışının sonunda Beyləqan rayon İcra hakimiyyətinin rəhbərliyi və kollektivi adından Milli Musiqi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
  Milli Musiqi gününə həsr olunmuş konsert Üzeyir Hacıbəylinin “Koroğlu” üverturası ilə açıldı. Sonra rayon Musiqi Məktəbinin “Aranqala” instrumental ansamblının, “Odlar yurdu” uşaq xor kollektivinin və rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin  rəqs kollektivinin iştirakı ilə geniş konsert proqramı nümayiş edildi. Milli Musiqi gününə həsr olunmuş konsertdə rayon ictimaiyyətinin nümayəndələri,  təhsil işçiləri və orta məktəb şagirdləri iştirak etdi. Konsert tamaşaçıların böyük marağına səbəb oldu.

Keçidlər