Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Allahyarlı kənd inzibati ərazi dairəsində səyyar qəbul-görüş keçirildi.

10 sentyabr 2019 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 10 sentyabr  2019-cu il tarixdə rayonun Allahyarlı kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
      Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
      Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
      Görüşdə söz istəyən  Allahyarlı kənd sakini Şirinov Elxan Səfər oğlu istifadəsində olan torpaq sahəsinin yanından keçən dren kanalının lildən təmizlənməsini xahiş etdi. Məsələnin həlli istiqamətində Beyləqan rayonu Meliorasiya İdarəsinin rəisinə müvafiq tapşırıqlar verildi.
      Kənd sakini  Əzimov Tahir Hümbət oğlu Allahyarlı kəndinə gələn yolun təmir olunmasını xahiş etdi. Qeyd olunan məsələ barəsində Allahyarlı bələdiyyəsinin sədri məlumat verərək bildirdi ki, Allahyarlı kəndinin giriş yoluna qum-çınqıl materialı tökülmüş, cari təmir işləri aparılmışdır. Eyni zamanda həmin yola asfalt örtüyünün salınması məqsədi ilə aidiyyəti orqanlara müraciət olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev qeyd olunan məsələnin həll olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verdi.
      Kənd sakini Ağamalıyev Yasin Fazil oğlu müvafiq işlə  təmin olunmasına  köməklik edilməsini xahiş etdi.  Vətəndaşa bildirildi ki, müvafiq sənədlərini toplayaraq rayon Məşğulluq Mərkəzinə müraciət etdikdən sonra “DOST iş mərkəzi” MMC-də işlə təmin olunacaqdır. Qeyd olunan məsələnin həlli istiqamətində rayon Məşğulluq Mərkəzinin direktoruna müvafiq tapşırı verildi.
      Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
      Allahyarlı kənd  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər