Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Dünyamalılar kəndində keçirilmişdir.

11 iyun 2019 | 16:00

    Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 11 iyun 2019-cu il tarixdə rayonun  Dünyamalılar kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.
     Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
      Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
     Görüşdə söz istəyən Dünyamalılar kənd sakini Tağızadə İsgəndər Əbdülhəsən oğlu kəndin içməli suya olan tələbatının yaxşılaşdırılmasını xahiş etdi. Qeyd olunan məsələ ilə bağlı rayon Sukanal idarəsinin müdirinə müvafiq tapşırıqlar verildi.
     Kənd sakini, mülkiyyətçi Cəfərov Müsafir Şükür oğlu su keçid körpüsünün təmir olunmasını xahiş etdi. Qeyd olunan məsələyə yerində baxış keçirilməsi və həll olunması barədə Rayon Suvarma Sistemləri İdarəsinə müvafiq tapşırıqlar verildi.
    Dünyamalılar kənd sakinləri Tağızadə Xalisə Elsevər qızı və Məmmədova Qənəhət Əmiraslan qızı çıxış edərək müvafiq işlə  təmin olunmalarına köməklik olunmasını xahiş etdilər.  Vətəndaşlara bildirildi ki, müvafiq sənədlərini toplayaraq rayon Məşğulluq Mərkəzinə müraciət etdikdən sonra “DOST iş mərkəzi” MMC-də işlə təmin olunacaqlar. Qeyd olunan məsələnin həlli istiqamətində rayon Məşğulluq Mərkəzinin direktoruna müvafiq tapşırıqlar verildi.
     Mülkiyyətçi Kazımov Sehran Göycə oğlu Dünyamalılar kəndindən Bahar qəsəbəsinə gedən yolun təmir olunmasını xahiş etdi. Vətəndaşa izah olundu ki, qeyd olunan Dünyamalılar-Bahar-Qəhrəmanlı yaşayış məntəqələrini birləşdirən avtomobil yolu müvafiq Dövlət Proqramına uyğun olaraq əsaslı təmir olunacaqdır.
     Dünyamalılar kənd sakini Məmmədov Bəhruz Nəcəf oğlu Dünyamalılar bələdiyyəsinin mülkiyyətindən 1,0 ha torpaq sahəsinin verilməsini xahiş etdi. Vətəndaşın ailə vəziyyəti nəzərə alınaraq Dünyamalılar bələdiyyəsi tərəfindən icarə müqaviləsi əsasında 1,0 ha torpaq sahəsinin verilməsi nəzərdə tutuldu.  
     Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
     Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər