Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

09 aprel 2019 | 16:00

Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayevin 09 aprel 2019-cu il tarixdə Beyləqan rayonu Birinci Şahsevən kənd sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

Görüşdə rayon İcra hakimiyyəti başçısının müavinləri, İcra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. 150 nəfər sakinin iştirak etdiyi tədbiri Rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışdı və daha sonra sakinləri narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.

Rayonun Birinci Şahsevən kənd sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bir neçə məsələ barəsində çıxış etdilər. Həmin məsələlərdən kəndarası yolların cari təmiri, istismar müddəti başa çatmış elektrik dirəklərinin dəyişdirilməsi, içməli su təminatının yaxşılaşdırılması və digər məsələlərin aradan qaldırılması istiqamətində öz təkliflərini verdilər. Rayon İcra Hakimiyyəti başçısı cənab Asif Ağayev sakinləri dinləyərək həmin məsələlərin nəzratə götürülməsi və qısa zaman ərzində həll olunması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verdi.

Keçidlər