Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan məktəbliləri “Ölkəmizi tanıyaq” tur aksiya üzrə Qəbələ-Şəki və Zaqatala bölgələrinə yola salındı.

23 mart 2019 | 16:00

23 mart 2019-cu il tarixdə Heydər Əliyev parkında Beyləqan məktəblilərinin “Ölkəmizi tanıyaq”  tur aksiya çərçivəsində Qəbələ-Şəki və Zaqatala bölgələrinə yola salınması ilə bağlı tədbir keçirildi.
İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndərin abidəsi ziyarət olunmuş və abidə önünə tər güllər qoyulmuşdur. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, təhsil işçiləri, məktəblilər və valideynlər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan cənab Asif Ağayev 2010-cu ildən başlayaraq Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq “Ölkəmizi tanıyaq” tur aksiyalarının keçirilməsinə başlanıldığını qeyd edərək elə o vaxtdan “Ölkəmizi tanıyaq” devizi altında Azərbaycanın müxtəlif bölgələrinə maarifləndirici tur aksiyalar təşkil olunduğunu bildirdi.
Bu tur aksiyaların əsas məqsədi ölkəmizin müxtəlif bölgələrinin tarixi, müasir həyatı, mədəni irsi, adət-ənənələri özünəməxsus xüsusiyyətləri barədə məktəblilərdə əyani təəssürat yaratmaq, eləcədə ölkə şagirdləri arasında təması gücləndirməkdir.
Bu günədək ölkəmizdə ildə 2 dəfə olmaqla 9 tur aksiya təşkil edilib və rayonumuzun 720 nəfər şagirdi bu aksiyalarda iştirak edərək ölkəmizin Şəki, Qax, Balakən, Zaqatala, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Şəmkir və digər şəhərlərində səfərdə olmuşlar. Bu aksiya çərçivəsində  23-26 mart tarixlərində rayonumuzun 26 ümumtəhsil məktəblərində təhsil alan və təhsildə fərqlənən 40 nəfər şagirdimiz Qəbələ-Şəki-Zaqatala şəhərlərinə səfər edəcək və həmin bölgələrin tarixi, müasir həyatı, mədəni irsi, adət-ənənələri və  özünəməxsus xüsusiyyətləri ilə tanış olacaqlar. Onlar həmin aksiyalarda iştirak etməklə, həm də Beyləqanımızı təmsil edəcəklər. İnanıram ki, ötən tur aksiyalarda olduğu kimi bu aksiya çərçivəsində təşkil olunacaq intellektual oyunlarda  uğurlu nəticələr  qazanaraq bizə bir daha qürur yaşadacaqlar. 
Çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Rafail Pəsiyev, rayon Təhsil şöbəsinin müdiri Tahir Həsənov, rayon Ağsaqqallar Şurasının üzvü Nadir Abdullayev, valideyn Sahilə Fərmanova, məktəbli Rəsmiyyə Məmliyeva göstərilən diqqət və qayğıya görə Ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.Sonda xatirə şəkili çəkildi və musiqi sədaları altında yola salınma mərasimi keçirildi.

 

 

 

Keçidlər