Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 8 Mart Beynəlxalq Qadınlar günü qeyd edilmişdir.

07 mart 2019 | 16:00

07 mart 2019-cu il tarixdə Beyləqan şəhərindəki “Kral” şadlıq sarayında “8 mart-Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev bayram münasibəti ilə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva başda olmaqla qadınları təbrik etmiş, qadınların ailədə, ictimai-siyasi həyatda rolundan geniş danışmış, qadınlara xoş arzularını bildirmişdir.
Rayon Ağsaqqlar şurasının sədri Ələmşad Məmmədquliyev, Təhsil şöbəsinin müdiri Tahir Həsənov qadınları bayram münasibəti ilə təbrik etmişdir.
Rayonun İctimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınlar Beyləqan rayon İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Bayram tədbirində Beyləqan rayon Uşaq Musiqi məktəbinin “Aranqala” instrumental ansamblı geniş konsert proqramı ilə çıxış etmişdir.

 

Keçidlər