Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

25 dekabr 2018 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə 25 dekabr 2018-ci il tarixdə  Beyləqan rayonu İkinci Aşıqlı kəndində  rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayevin  növbəti səyyari görüşü  keçirilmişdir. Tədbirdə İcra hakimiyyəti başçısının müavinləri,  aparatın şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd  sakinləri iştirak etmişdir.
    Görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib.Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar aidiyyəti üzrə bir sıra vəzifəli şəxslərə, təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Çıxış edən icra hakimiyyətinin başçısı cənab Asif Ağayev keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.
Qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və ərazilərdə mütəmadi olaraq keçirilən səyyar qəbul və görüşlərin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

 

Keçidlər