Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Pambığın vaxtında və səmərəli yığımının təşkilinə dair müşavirə keçirildi.

21 sentyabr 2018 | 16:00

21 sentyabr 2018-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyətində pambığın vaxtında və səmərəli yığımının təşkilinə dair müşavirə keçirildi. Müşavirədə İcra hakimiyyəti, hüquq mühafizə orqanları rəhbərləri, idarə, müəssisə rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələr iştirak etdilər. İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək bildirdi ki, rayonumuzda artıq pambıq yığımına başlanılıb. Bu il 9560 hektar sahədə pambıq əkilib və 19 min tondan artıq xam pambıq tədarük olunması gözlənilir. Qarşıdan payız fəslinin gəldiyini və yağışlı mövsümün başlanılmasını nəzərə alaraq pambığın vaxtında itkisiz tədarük olunması üçün hər birimizin üzərinə böyük vəzifələr düşür deyərək yığımla bağlı bir çox zəruri halları müzakirə etdi. Belə ki, bu il rayonumuzda ötən ilə nisbətən pambıqyığan kombaynların sayının xeyli artdığını, bununda pambığın yığılmasının tez zamanda həyata keçirilməsinə şərait yaratdığını , eyni zamanda Ərazi icra nümayəndələri, kənd və qəsəbə bələdiyyələri pambıq sahəsi 1 hektara kimi olan mülkiyyətçilərlə müvafiq söhbət aparıb onların öz sahələrini əllə yığmalarını maksimum təşkil etmələrinin vacibliyini vurğuladı. Eyni zamanda emal və tədarük məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təminatını nəzarətdə saxlanılması, pambıqyığan kombaynların, daşıyıcı traktorların, habelə pambıq yığımına fəhlə aparan müxtəlif təyinatlı maşınların maneəsiz hərəkətinin təmin olunması, Yanğından mühafizə sahəsində qəza hallarının baş verməməsi üçün lazımi qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi, emal müəssisələrinin rəhbərlərindən pambığın nəmlik və zibillilik faizinin çıxılmasına nəzarətin edilməsini, imkanlarını çərçivəsində müvafiq tədbirlər görülməsini xahiş etdi.
Ölkə Prezidentinin tapşırığına əsasən ölkədə xam pambığın alış qiyməti hər tonu üçün 50 manat artırıldığını qeyd edən başçı bildirdi ki,bu barədə də mülkiyyətçilərə ətraflı məlumat verilməli və növbəti il üçün də pambığın əkinini artırmaqda maraqlı olmayıq ki, bununla da həm pambıqçılığın inkişafına öz töhfəmizi verək, həmdə əhalinin məşğulluğunu təmin edək.
Sonra müzakirələr aparıldı.

Keçidlər