Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin Orta Əlinəzərli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

29 avqust 2018 | 16:00

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə növbəti qəbul 29 avqust 2018-ci il tarixdə Beyləqan rayon Orta Əlinəzərli kəndində keçirildi.Görüşdə İcra hakimiyyəti, rayonun aidiyyəti idarə müəssisə və təşkilat rəhbərləri,kənd sakinləri iştirak etdi.
Orta Əlinəzərli kəndi yaşayış məntəqlərini əhatə etməklə 10.2 kv.kilometr əraziyə malikdir.Əhali 357 təsərrüfat olmaqla 1356 nəfərdir. Ərazidə bir məktəb və Sudan İstifadə edən Birlik fəaliyyət göstərir. Kənd camaatı əsasən təsərrüfatla məşğul olur.Cari təsərrüfat ilində kənd ərazisində 187 ha sahədə pambıq səpini edilib. İcra hakimiyyəinin başçısı Vaqif Abdullayev sakinləri salamladı,onların problemlərinin yerində dinlənilməsi və müvafiq həlli təmin etmək üçün yerlərdə görüşlərin əhəmiyyətindən danışdı və kənddə mövcud olan problemləri səsləndirməyi xahiş etdi.
Çıxış edən kənd sakini Bayramov Bəhram Şahmar oğlu kəndin yolunun asfaltlandığı, kənddə fasiləsiz enerji, qaz təminatının olduğu və bütövlükdə bütün regionlarda gedən inkişafa görə üçün Cənab Prezidentə minnətdarlıq bildirdi. Kənddə suvarma suyunun təminatının yaxşılaşması üçün kənddə dren-kollektor şəbəkəsinin lildən təmizənməsini xahiş etdi. İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev tərəfindən bu məsələnin həlli istiqamətində müvafiq tapşırıqlar verildi.
Digər çıxış edən kənd sakini Məmmədov Əjdər Qurban oğlu içməli su probelmi olduğunu qeyd edərək dedi ki, kənddə mövcud olan artezian istifadəyə yararsız olduğu üçün kəndin içməli su probelmi var. Bununla bağlı fikir bildirən İcra başçısı qeyd etdi ki, bu məsələ diqqətdə saxlanılacaq və növbəti ildə kənddə artezian vurulması nəzərədə tutulacaqdır.Vətəndaşlara göstərilən diqqət və qayğıya görə sakinlər Ölkə prezidentinə və rayon rəhbərliyinə minnətdarlıq bildirdilər.

 

 

 

 

Keçidlər