Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

01 avqust 2018 | 16:00

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə növbəti qəbul o1 avqust 2018-ci il tarixdə Beyləqan rayon Bahar qəsəbəsində keçirildi.Görüşdə İcra hakimiyyəti, hüquq mühafizə orqanları rəhbərləri,rayonun aidiyyəti idarə müəssisə və təşkilat rəhbərləri,qəsəbə sakinləri iştirak etdi.
Bahar qəsəbəsinin ərazisi 1720 ha, əhalisi 296 təsərrüfat olmaqla 1319 nəfərdir.Qəsəbədə Füzuli və Cəbrayıl rayonlarından məcburi köçkünlərdən 20 nəfərdən ibarət üç ailə yaşayır.Qəsəbədə əhali əsasən təsərrüfatla məşğul olur.Qəsəbədə tam orta məktəb,Klub, Poçt, Tibb məntəqəsi, Telefon stansiyası, Kitabxana, Sudan istifadə Birliyi fəaliyyət göstərir.Qəsəbə sakinlərini salamlayan İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev sakinlərlə söhbət apaparaq qarşılaşdıqları problemlər və onları həlli istiqamətində atılacaq addımlardan danışdı.Belə ki, qəsəbədə olan yol probleminin 2019-cu ildə Dünyamalılar,Bahar və Qəhrəmanlı qəsəbəsi istiqamətində yenidən çəkilməsi nəzərdə tutulan avtomobil yolunun istiafdəyə verilməsi ilə aradan qaldırılacağını qeyd etdi.Sakinlər tərəfindən səsləndirilən digər problem və təkliflər barədə aidiyyəti üzrə tapşırıqlar verildi.

 

Keçidlər