Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Pambıq sahələrinin vaxtında suvarılması və qarşıda duran vəzifələrə dair müşavirə keçirildi.

05 iyul 2018 | 16:00

05 iyul 2018-ci il tarixdə rayon İcra hakimiyyəti binasında Pambığın suvarılması və qarşıda duran vəzifələrə dair müşavirə keçirildi.Müşavirədə İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev,rayon Suvarma Sistemləri İdarəsinin nümayəndələri , kənd və qəsəbələrdə fəaliyyət göstərən su assosiasiyası işçiləri iştirak etdilər.
İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev məlumat verərək qeyd etdi ki,Beyləqan rayonu ərazisində cari təsərrüfat ilində 9560 ha sahədə pambıq əkilmişdir.Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin nəticəsində yaxşı birtiş alınmış, aqrotexniki tədbirlərin növbəti mərhələsi kimi sahələrə azot gübrəsi verilmış, sofkaya qarşı dərmanlama tədbirləri aparılmış və hazırda sahələrdə cərgələr arasına baraza çəkilərək ikinci suvarma suyunun verilməsinə başlanılmışdır.Sonra qeyd etdi ki,rayonda suvarma suyunda elə bir ciddi problem olmasa da suyun bölüşdürülməsi və növbəli verilməsində bəzi ərazilərdə hələ də çətinliklər mövcuddur.Mövcud problemlərin dərhal və operativ həlli üçün Suvarma Sistemləri İdarəsinə , kənd və qəsəbələrdə fəaliyyət göstərən su assoisasiyasının işçilərinə lazımi tapşırıqlar verilmişdir.

Keçidlər