Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Pambıqdan bol məhsul gözlənilir.

04 iyun 2018 | 16:00

Beyləqan rayonunda 2018-ci təsərrüfat ili üçün aqrotexniki qaydalara riayət edilməklə 9560 hektar sahədə pambıq əkilmişdir.
Çiyid səpildikdən sonra torpağın rütubəti az olan sahələrə toxum yatağını nəmləndirmək məqsədilə bitiş suyu verilmiş, hər hektara sağlam və normal sıxlıqda cücərti əldə edilmişdir. Səpin sxemi və sortların bioloji-morfoloji xüsusiyyətlərinə uyğun seyrəltmə işləri aparılaraq optimal bitki sıxlığı saxlanılmışdır.
Cərgələrdə cücərtilər görünən andan mühüm aqrotexniki tədbir kimi cərgə aralarının yumuşaldılmasını, torpaqda rütubətin qorunmasını və havalanmanı, alaq otlarının məhv edilməsini təmin edən kultivasiya işlərinə başlanılmışdır.Bu əməliyyatdan dərhal sonra bitki ətrafindakı torpağın yumuşaldılmasına, bitki arasındakı və müdafiə zolağındakı alaqların məhv edilməsinə xidmət edən ketmənləmə işləri həyata keçirilir.
Torpağın əsas becərilməsindən başlayaraq cərgəarası becərmə dövru qurtaranadək pambıq tarlasında əksər tədbirlər alaq otlarına qarşı mübarizəyə yönəldiyindən sahələrdə səpindən öncə və səpindən sonra da səmərəli aqrotexniki üsul kimi müvafiq herbisidlərlə çiləmə işləri yerinə yetirilir.
Adətən may-iyun aylarında intensiv çoxalaraq pambığa ziyan vuran mənənə və tripsə qarşı uyğun dərman pereparadlarından istifadə edilməklə effektiv kimyəvi mübarizə aparılır.
Hazırda pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olmaq üçün aqrotexniki qaydalara ardıcıl və düzgün əməl edilməklə becərmə işləri uğurla davam etdirilir.

Keçidlər