Şriftin ölçüsü :

Saytın rəngi :

Yetkinlik Yaşına Çatmayanların tərbiyəsi , təhsili və məşğulluğu mövzusunda dəyirmi masa keçirildi

16 mart 2018 | 16:00

16 mart 2018-ci il tarixdə Beyləqan Şəhər N.Allahverdiyev adına tam orta məktəbdə Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və məşğulluğu mövzusunda dəyirmi masa keçirildi.Tədbirdə Beyləqan rayon İcra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tofiq Məmmədov, rayon Təhsil şöbəsinin nümayəndəsi Tahir Balayev, məktəbin direktoru Gülbəniz Cəfərov, psixoloqu Arzu Qəhrəmanova, bir qrup müəllimlər və yuxarı sinif şagirdləri iştrak etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru G.Cəfərova təhsilin uşaqların həyatında mühüm yer tutduğunu , sağlam gələcəyin inkişafının təməlinə təhsilin dayandığını qeyd etdi.Məktəbin pedaqoji kollektivi olaraq müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü,şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlətimizə layiqli vətəndaş yetişdirmək missiyasını şərəflə həyata keçirilməsində böyük zəhmətləri olduğunu qeyd etdi.Bu il Təhsildə Keyfiyyət ili olduğunu nəzərə alaraq şagirdlərin təlim-tərbiyəsinə daha çox diqqətlə yanaşmanın vacibliyini vurğuladı.


İcra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tofiq Məmmədov bu gün Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri Təhsilin şəraitinin daha da yaxşılaşdırılmasıdır ki, bu istiqamətdə mühüm addımlar atılır.Azərbaycanın gələcəyi olan siz şagirdlər bu şəraitdən səmərəli isttifadə etməlisiniz, və eyni zamanda öz əhatənizdə olan həmyaşıdlarınıza da təbliğ etməklə gələcək həyatınızın sağlam təşkilinə mühüm tövhə vermiş olursunuz.
Təhsil şöbəsinin nümayəndəsi, məktəbin psixoloqu bu gün şagirdlərin təlim tərbiyəsində məktəb-valideyn münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq , məktəbdə bunun üçün mütəmadi görüşlər keçirilməsinin vacibliyini, bunun nəticə etibarilə uşaqların sağlam mühitlə əhatə olunmaları və sağlam gənc kimi formalaşmasında və təhsildə uğur əldə edilməsində vacib şərt olduğunu qeyd etdilər.Sonda məktəb şagirdləri səslənən fikirlərə öz münasibətlərini bildirərək maarifləndirici tədbir kimi bu görüşün təşkilinə görə təşəkkür etdilər.

 

 

Keçidlər