Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda "8 mart-Beynəlxalq Qadınlar Günü ”münasibətilə tədbir keçirildi

07 mart 2018 | 16:00

07 mart 2018-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə "8 mart-Beynəlxalq Qadınlar Günü "münasibətilə Ümumrayon  tədbiri keçirildi.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı,hüquq mühafizə orqanları, təhsil, mədəniyyət, səhiyyə,idarə müəssisə və təşkilatlarda işləyən qadınlar və ictiamiyyət nümayəndələri iştrak etdilər.

Tədbiri 8 mart beynəlxalq qadınlar günü münasibətilə qadınların təbriki ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev Azərbaycan xanımlarının İctiami Siyasi həyatda fəallığından ,bir ana olaraq qadınların qüdrətindən, ailənin təlim tərbiyəsində hər zaman qadınların böyük qüvvəyə malik olmasından bəhs etdi.Bu gün Azərbaycanda Qadın siyasətinin uğurla həyata keçirildiyini, bütün sahələrdə qadınların təcrübə və bacarıqlarını nümayiş etdirdiklərini,elm , təhsil, mədəniyyət, incəsənət, idman, sosial və digər sahələrdə qadınların uğurlarından danışaraq bunların sırasında Beyləqan qadınlarının da olduğunu vurğuladı.Dövlətimizin hər zaman qadınların əməyinə dəyər verdiyini və mütəmadi olaraq Cənab Prezidentimiz tərəfindən rəğbətləndirildiyini qeyd etdi.Sevindirici haldır ki, Mərkəzi Rayon Xəstəxanasının həkim cərrahı Dadaşova Rahilə Bəhlul qızı da 6 mart 2018-ci il tarixdə “Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı SərəncamlaTərəqqi medalı ilə  təltif olunmuşdur. Sonra medalı həkimə təqdim etdi.Göstərilən qayğıya ,əməyinə verilən qiymətə görə Rahilə Dadaşova Prezidentimizə təşəkkür edərək Azərbaycan xanımları adından minnətdarlıq bildirdi.Bundan sonra da dövlətinə sədaqətlə xidmət edəcəyini vurğuladı.
Tədbirin gedişində rayonun İctimai Siyasi həyatında fəal iştrak edən qadınlar rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələrlə  təltif edildilər.Göstərilən diqqətə görə rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevə təşəkkür edən xanımlar onların əməyini qiymətləndirdiyi üçün məsuliyyətlərinin daha da artdığını bildirdilər.Azərbaycan cəmiyyətində qadınların fəallığı ilə fəxr etdiklərini qeyd etdilər.Sonra rayon Mədəniyyət mərkəzi və Musiqi məktəbinin istedadlıları bayram konserti ilə çıxış etdilər.

Keçidlər