Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi davam edir

02 mart 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2018-ci ilin fevral ayının 10-dan may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilmişlər. Əhali sağlamlığının qorunmasına yönələn bu mühüm aksiya aktiv formada həyata keçirilir. Beyləqan rayonunda yerləşən bütün səhiyyə müəsisələrində əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.Xəstəxanaya gələ bilməyən vətəndaşların (yaşlılar ,yataq xəstələri)eyni zamanda tibb müəssisələri olmayan yaşayış məntəqələrində  müayinənin aparılması üçün  Mərkəzi Rayon Xəstəxanası tərəfindən iki həkim briqadası yardılmışdır ki, onlarda mütəmadi olaraq yerlərdə əhalinin tibbi müayinəsini həyat keçirirlər. Qeyd edək ki, ötən dövr ərzində 5930 nəfər tibbi müayinədən keçmişdir.

 

Keçidlər