Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirildi

26 fevral 2018 | 16:00

26 fevral 2018-ci il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra hakimiyətinin başçısı Vaqif Abdullayev, hüquq mühafizə orqanları, hərbçilər, idarə, müəssisə, təşkilatlar, icra nümayəndələri, bələdiyyələr, təhsil səhiyyə mədəniyyətişçiləri, ictimaiyyət nümayəndələri və rayonda ərazisində müvəqqəti məskunlaşmış Xocalı sakinləri iştirak etmişdir. İştirakçılar Xocalı soyqırımından bəhs edən sərgiyə baxdıqdan sonra soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Beyləqan rayon İcra hakimiyətinin başçısı Vaqif Abdullayev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən soyqırım haqqında məlumat verdi.Bildirdi ki, erməni millətçiləri tərəfindən Xocalıda xalqımıza qarşı aparılan bu soyqırım və təcavüz iyirminci əsrin ən dəhşətli və qəddar faciələrindən biridir.Bu faciə nəticəsində 613 nəfər, 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilimişdir.1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 8 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.. Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 mindən çox soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Faciəyə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildi və Xocalıda belə bir soyqırımın törədilməsi ilə bağlı dünya ölkələrində təbliğati işlərə başlanıldı. Soyqırımın tanıdılması ilə bağlı bu gün də Prezidentimiz cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır və Ermənistanın Qarabağda hansı vəhşiliklər törətdiyi barədə geniş işlər aparılır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır, Bu gün Azərbaycanın öz torpaqlarını qorumağa qadir olan güclü ordusu, onun müdrik, uzaqgörən Prezidenti və Ali Baş Komandanı var. Xalqımız əmindir ki, bir qarış torpaqlarımız belə işğal altında qalmayacaqdır. 2016-cı ilin aprel döyüşləri bunu bir daha həm Ermənistan tərəfinə, həm də bütün dünyaya sübut etdi. Qısa bir vaxtda 2 min hektar ərazi, 1 kənd, bir neçə yüksəklik, o cümlədən mühüm strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ordumuz tərəfindən azad olundu. Bütün Azərbaycan xalqı bu qələbəyə ürəkdən sevinir, qüdrətli ordumuzla və Ali Baş Komandanımızla fəxr edir. Hər birimizdə möhkəm bir inam var ki, işğal altında olan bütün torpaqlarımız tezliklə azad ediləcək, Azərbaycanın ərazui bütövlüyü bərpa olunacaq, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.Buna Beyləqanlılar da daxil olmaqla bütün Azərbaycan xalqı inanır.

Xocalıdan olan məcburi köçkün Gülzar Mustafayeva çıxış edərək törədilən erməni vəhşiliklərini öz gözləriylə gördüyünü, ermənilərin dic əhalinin üzərinə hücum etməsinə baxmayaraq əhalinin çox hissəsinin əzmlə mübarizə apardığını qeyd etdi. Olmuş hadisələri dünən kimi xatırlayan ana bu gün onların Faciəni unutmadıqlarını ancaq daha mübariz daha da mərd olduqlarını Cənab Prezidentimizin yeritdiyi siyasət və Ordumuzun gücü sayəsində Xocalıya yenidən qayıdacaqlarına əmin olduğunu vurğuladı.

Çıxış edən digər Xocalı sakini Əli Məmmədov da dövlətin onlara göstərdiyi qayğıdan danışaraq dövlət başçısına təşəkkür etdi.Bu gün də lazım olarsa ordu sıralarında istrak edərək Xocalıyla

bərabər işğal altında olan 20 faiz torpaqlarımızın azad edilməsində könüllü olaraq Orduya dəstək olmağa hazır olduğunu qeyd etdi.Tədbir Xocalı faciəsinin 26- cı il dönümünə həsr olunmuş filmin nümayiş edilməsi ilə başa çatdı.

Keçidlər