Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon Mədəniyyət mərkəzində Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

23 fevral 2018 | 16:00

23 fevral  2017ci il tarixdə Beyləqan rayon Mədəniyyət mərkəzində Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə rayon İcra hakimiyyətinin nümayəndələri mədəniyyət işçiləri, rayon ümüumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştrak etdi.İştrakçılar Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad etdilər.
Beyləqan rayon İcra hakimiyyətinin başçısının müavini Aytən Mirzəyeva Xocalı faciəsi haqqında geniş məlumat verərək qeyd etdi ki, əsrlərlə Azərbaycan xalqına düşmənçilik münasibəıti bəsləyən , onun torpaqlarını daim işğal etməyə çalışan erməni vandalları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı tarixdə misli görünməyən soyqırım həyat keçirdilər.SSRİ-nin 366 ci motoatıcı hərbi alayının köməyi ilə bir gecədə Xocalı yerlə yeksan edildi.Faciə nəticəsində 613 nəfər öldürüldü ki, bunlardan 106 nəfəri qadın,63 nəfəri uşaq,70 nəfəri qoca idi.Xocalı faciəsi nəticəsində 8ailə bütövlükdə məhn edilmiş,24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.Azərbaycan xalqının heç vaxt Xocalı soyqırımını unutmadığını Xocalıya Ədalət şüarı ilə dünyada ermənilərin Azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı tanıtmaq ıstiqamətində atılan addımlardan danışdı.
Kürdəmir Regional mədəniyyət və Turizm idarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Nazim Mirzəyev çıxış edərək Xocalı faicəsinin 20-ci əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırım aktı olduğunu, bu faciəni unutmadığımızı və qisas alacağımızı vurğuladı.
Tədbirin sonunda Mədəniyyət Mərkəzinin Gənclik Xalq teatrının “O Yurda  Bayrağı Biz sancacayıq!”adlı bədii kompozisiya nümayiş olundu.Kompozisiyada Xocalı faciəsi zamanı bütün ailəsini itirmmiş bir ananın həyat faciəsi əks olundu.Qucağında qalan körpəsini xilas edərək o körpəsinə atasının,Vətəninin qisasını almasını vəsiyyət edir.Uşaq böyüyərək əsgər olur və Vətəninin müdafiəsinə gedərək, Qarabağ torpaqlarının işğaldan azad olunmasına söz verir.
Kompozisiyanın sonunda Lələtəpəyə Bayrağı sancan əsgərimiz artıq qisas anının başlandığını və tezliklə Qarabağ torpaqlarının azad olunacağını bildirir.

Keçidlər