Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubiley tədbiri qeyd olundu.

16 noyabr 2017 | 16:00

16 noyabr 2017-ci il tarixdə Beyləqan rayon Mədəniyyət Sarayında 500 nəfər YAP fəalının iştirakı ilə tədbir keçirilmişdir.Yubiley tədbirini YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev açaraq partiyanın keçdiyi şərəfli ömür yolu haqqında ətraflı məlumat verdi. 

Yubiley tədbirində YAP Siyasi Şurasının üzvü, Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək yubiley iştirakçılarını təbrik etdi və YAP-ın keçdiyi şərəfli və keşməkeşli yollardan bəhs etdi.
Bildirildi ki, YAP-ın 25 illik tarixi Azərbaycanın dövlət müstəqilliyinin inkişaf tarixidir.YAP tarixi zərurətdən zamanın tələbindən, xalqın istəyindən və ən başlıcası isə dahi Heydər Əliyev şəxsiyyətinin əzəmətindən yaranmışdır.

Yubiley tədbirində YAP Beyləqan rayon təsisçilərindən Səriyyə Əliyeva, İfadə Şəfiyeva və başqalarına fəxri fərmanlar verildi və  Beyləqan rayon İcra hakimiyyəti başçısı tərəfindən mükafatlandırıldı bir qrup gəncə yeni partiya vəsiqələri təqdim olundu.

 

 

 

Keçidlər