Home Contact Phone
background
  • Ünvan: AZ1200, Beyləqan şəhəri , H.Əliyev küçəsi 25.
  • Faks: (+994) 225 29 17
  • E-mail: mail@beyleqan-ih.gov.az

Xəbərlər

  • Beyləqan  rayonunda Su Təssərüfatı və Melior...

    Beyləqan rayonunda Su Təssərüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirildi.

    2019-06-03

    03.06.2019-cu il tarixdə “Su Təssərüfatı və Meliorasiya işçilərinin peşə bayramı” münasibətilə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev, hüquq-mühafizə orqanlarının, rayonun Su Təsərrüfatı və Meliorasiya idarələrinin rəhbərləri tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu.Abidə önünə tər gül dəstələri qoyularaq, xatirəsi dərin ehtiramla yad edilmişdir.

  • Növbəti səyyar qəbul rayonun Örənqala qəsə...

    Növbəti səyyar qəbul rayonun Örənqala qəsəbəsində keçirilmişdir.

    2019-05-30

    Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyəti başçısı Asif Ağayev 30 may 2019-cu il tarixdə rayonun Örənqala qəsəbə inzibati ərazi dairəsində Örənqala, Baharabad, Günəşli və Yuxarı Kəbirli yaşayış məntəqələrində yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.

  • Beyləqan rayonunda “ 28 may-Respublika Günü ...

    Beyləqan rayonunda “ 28 may-Respublika Günü ” ilə bağlı tədbir keçirildi.

    2019-05-27

    27 may 2019-cu il tarixdə “ 28 may-Respublika Günü ” münasibəti ilə rayon İcra hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq xatirəsi ehtiramla yad edilmiş və abidə önünə tər gül dəstələri qoyulmuşdur. Beyləqan şəhər Mədəniyyət və İstirahət parkında “28 may-Respublika Günü ”nə həsr olunmuş ədəbi-bədii kompazisiyalı tədbir keçirilmişdir.Tədbirdə idarə, müəssisə və təşkilatların kollektivləri, müəllim-şagirdlər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər.

  • Beyləqan rayonunda əmək yarmarkası keçirilib

    Beyləqan rayonunda əmək yarmarkası keçirilib

    2019-05-24

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Tədbirlər Planının qrafikinə uyğun olaraq rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Beyləqan rayon Məşğulluq Mərkəzi tərəfindən 24 may 2019-cu il tarixdə rayon Gənclər Mərkəzində növbəti əmək yarmarkası keçirilib.

  • “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Bey...

    “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Beyləqan rayonunda vətəndaşları qəbul etmişdir.

    2019-05-17

    17.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması və bu zaman ədalət prinsiplərinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Beyləqan rayon “Sukanal” Sahəsinin inzibati binasında Beyləqan və Xocavənd rayonlarının vətəndaşlarını qəbul etmişdir.

  • Növbəti səyyar qəbul rayonun Əhmədli kəndin...

    Növbəti səyyar qəbul rayonun Əhmədli kəndində keçirilmişdir.

    2019-05-16

    Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısı Asif Ağayevin 16 may 2019-cu il tarixdə rayonun Əhmədli kənd inzibati ərazi dairəsində növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əflatun Rufiyev, rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

  • Beyləqan rayonunda 2019-cu ilin birinci rübünü...

    Beyləqan rayonunda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

    2019-05-16

    16 may 2019-cu il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan rayonunda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əflatun Rufiyev, rayonun idarə, müəssisə, və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

  • Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşk...

    Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirildi.

    2019-05-15

    15.05.2019-cu il tarixdə rayon Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilmişdir. Konfransda Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rüstəm Xəlilov, Şahin İsmayılov, gənclər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər. İlk öncə Konfrans nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş və abidə önünə tər gül dəstələri düzülmüş, xatirəsi ehtiramla yad edilmişdir.

  • Növbəti səyyar qəbul rayonun Yuxarı Aran qəs...

    Növbəti səyyar qəbul rayonun Yuxarı Aran qəsəbəsində keçirilmişdir.

    2019-05-14

    Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısı Asif Ağayev 14 may 2019-cu il tarixdə rayonun Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsində Yuxarı Aran və Mayak qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, Yuxarı Aran, Mayak qəsəbə sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları Yuxarı Aran qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidəsinin qarşısına tər gül-çiçək dəstələri qoyaraq şəhidləri bir dəqiqəlik sükutla yad ediblər.

  • Ulu Öndər Heydər Əliyevin anadan olmasının 9...

    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.

    2019-05-10

    10 may 2019 cu-il tarixdə Beyləqan rayonu Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev,”N” saylı hərbi hissənin zabit və əsgərləri,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,idarə,müəssisə və təşkilatların kollektivləri,rayon Təhsil şöbəsinin müəllim və şagirdləri,ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər.

  • “Ulu Öndər Heydər Əliyevin anadan olmasını...

    “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü” münasibəti ilə Beyləqan rayonu Xaçınabad kəndinə təbii qazın verilməsinin açılışına həsr olunmuş tədbir keçirilmişdir.

    2019-05-10

    Tədbirdə Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Beyləqan rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, yaşayış məntəqələrinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır.

  • Beyləqan rayonunda “Faşizm üzərində qələb...

    Beyləqan rayonunda “Faşizm üzərində qələbənin 74-cü ildönümü” ilə bağlı tədbir keçirildi.

    2019-05-09

    09 may 2019-cu il tarixdə Beyləqan rayonunda “Faşizm üzərində qələbənin 74-cü ildönümü”nün qeyd olunması ilə bağlı Beyləqan şəhər mərkəzində 1941-1945-ci illər müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış abidə önündə, rayonun Birinci Şahsevən kəndində Sovet İttifaqı Qəhrəmanı Gəray Lətif oğlu Əsədovun ev muzeyində və İkinci Şahsevən kəndində iki dəfə Sovet İttifaqı Qəhrəmanı General-mayor Həzi Əhəd oğlu Aslanovun büstü qarşısında ümumrayon tədbiri keçirildi.

  • Növbəti səyyar qəbul rayonun Aşıqalılar kə...

    Növbəti səyyar qəbul rayonun Aşıqalılar kəndində keçirilmişdir.

    2019-05-07

    Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu 07 may 2019-cu il tarixdə rayonun Aşıqalılar kəndində keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kənd sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.

  • “Dənli və texniki bitkilərin yığılması, d...

    “Dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması dövründə və meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirilmişdir.

    2019-05-02

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və ətraf rayonların məsul şəxslərinin iştirakı ilə 02 may 2019-cu il tarixdə Beyləqan rayon Mədəniyyət Sarayında “Dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması dövründə və meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirilmişdir.

  • Növbəti səyyar qəbul rayonun Təzəkənd kənd...

    Növbəti səyyar qəbul rayonun Təzəkənd kəndində keçirilmişdir.

    2019-04-30

    Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının qəsəbə və kəndlərdə mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul 30 aprel 2019-cu il tarixdə rayonun Təzəkənd kəndində keçirilmişdir.

  • Beyləqan rayonunda Görkəmli oftalmoloq alim, ak...

    Beyləqan rayonunda Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilmişdir.

    2019-04-28

    27 aprel 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə səhiyyə, təhsil, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

  • Beyləqan rayon İcra hakimiyyətinin başçısı ...

    Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

    2019-04-23

    Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının qəsəbə və kəndlərdə mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul 23 aprel 2019-cu il tarixdə rayonun Orta Əlinəzərli kəndində keçirilmişdir.

  • Beyləqanda “İşsizin DOSTu” proqramı haqqı...

    Beyləqanda “İşsizin DOSTu” proqramı haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edir.

    2019-04-19

    Azərbaycan Respublikası Prezdentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 9-cu bəndinə əsasən ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin və regionlarda iş yerlərinin artırılması məqsədi ilə “ Məşğulluq haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq haqqı ödənilən ictimai işlərin təşkilinin təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır.

  • Beyləqan rayon İcra hakimiyyətinin başçısı ...

    Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

    2019-04-16

    Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının qəsəbə və kəndlərdə mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul 16 aprel 2019-cu il tarixdə rayonun Əlinəzərli kəndində keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kənd sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişdir.

  • Beyləqan rayon İcra hakimiyyətinin başçısı ...

    Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

    2019-04-09

    Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayevin 09 aprel 2019-cu il tarixdə Beyləqan rayonu Birinci Şahsevən kənd sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə rayon İcra hakimiyyəti başçısının müavinləri, İcra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

  • Azərbaycanın 10 milyonuncu sakininə görə rayo...

    Azərbaycanın 10 milyonuncu sakininə görə rayonda tədbir keçirildi

    2019-04-07

    07.04.2019-cu il tarixdə Beyləqan şəhər Mərkəzi Parkında 10 milyonuncu uşağın anadan olması münasibəti ilə ümumrayon tədbiri keçirildi. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, gənclər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak etdi. Tədbirin aparıcısı tərəfindən 10 milyonuncu Azərbaycan vətəndaşının anadan olması ilə bağlı geniş məlumat verilərək qeyd edildi ki, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub.

  • Gənclərin Hərbi xidmətə təntənəli yola sal...

    Gənclərin Hərbi xidmətə təntənəli yola salınması ilə bağlı tədbir keçirildi.

    2019-04-04

    04 aprel 2019-cu ildə Beyləqan rayon Heydər Əliyev parkında rayonun hərbi xidmətə çağırılan gənclərin Hərbi xidmətə təntənəli yola salınması ilə bağlı tədbir keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəhbərliyi və əməkdaşları, çağırışçılar, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, valideynlər, mətbuat işçiləri və ictimaiyyət nümayəndələri iştirak etdi.

  • Beyləqan rayon İcra hakimiyyətinin başçısı ...

    Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

    2019-04-02

    Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə 02 aprel 2019-cu il tarixdə Beyləqan rayonu Bahar qəsəbəsində rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayevin növbəti səyyar görüşü keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, qəsəbə sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak etmişdir.

  • Beyləqan rayonunda “Lələtəpə əməliyyatı ...

    Beyləqan rayonunda “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında tədbir keçirilmişdir

    2019-04-01

    01 aprel 2019-cu il tarixdə rayon Mədəniyyət Sarayında 2016-cı ilin aprel zəfərinin 3-cü ildönümünə həsr olunmuş “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Beyləqan rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə vətənpərvərlik tədbiri keçirildi.

  • “31 Mart - Azərbaycanlıların Soyqırımı Gü...

    “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə Beyləqan rayonunda anım tədbiri keçirildi

    2019-03-30

    30 mart 2019-cu il tarixdə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə Beyləqan rayonunda anım tədbiri keçirildi Tədbir iştirakçıları əvvəlcə “Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi”ni ziyarət etmiş, önlərinə gül-çiçək dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə 31 Mart-azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olundu.

əvvəlki [2] növbəti